“Dağlıq Qarabağ münaqişəsinin istisna olaraq siyasi yolla nizamlanmasının vacibliyi məsələsində Rusiya və Ermənistanın mövqeyi tamamilə üst-üstə düşür”. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, bunu Rusiya Federasiya Şurasının xarici işlər komitəsinin sədri Konstantin Kosaçov bildirib.
“Rusiya apreldə Dağlıq Qarabağda vəziyyətin gərginləşməsini böyük narahatlıqla müşahidə edib. Biz, həqiqətən, çox narahat idik və biz bir daha təsdiqləyirik ki, bütün mövcud olan problemlər istisna olaraq siyasi yolla həll olunmalıdır. Bu məsələdə Rusiya və Ermənistanın mövqeyi birmənalı və tamamilə üst-üstə düşür”, - deyə İrəvanda səfərdə olan K.Kosaçov bildirib.
Modern.az