Moldovanın İstanbuldakı baş konsulu həbs edilib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, Kişinyov Rayon Məhkəməsinin qərarı ilə Vyaçeslav Filip barəsində 30 sutkalıq həbs qətimkan tədbiri seçilib.
Moldova Baş Prokurorluğunun mətbuat katibi Mariya Viyerunun sözlərinə görə, baş konsul Kişinyov hava limanında saxlanılıb. Vyaçeslav Filip və bir qrup əcnəbi, Moldovaya səfər etmək istəyən xarici vətəndaşlara sənədlər verərkən dələduzluq yolu ilə korrupsiyaya yol verməkdə şübhəli bilinirlər.
Qeyd edək ki, araşdırmalar zamanı Moldovanın İstanbuldakı baş konsulluğunun bir qrup şəxslə sövdələşməyə girərək, bu cinayətkar sxemdə fəal iştirak etdiyi məlum olub.
Modern.az