Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukraynada yeni siyasi qüvvənin yaradılması üzrə işin başlandığını bəyan edib. Modern.az saytı xəbər verir ki, Mixail Saakaşvili bu barədə özünün feysbuk səhifəsində yazıb.
Keçmiş qubernator daha sonra qeyd edib ki, bu gün bütün Ukraynadan təşəbbüs qruplarının yüzə yaxın təmsilçisi ilə görüşüb: “Onlar bizim ofisə toplanmışdı. Görüşümüz Ukrayna Təhlükəsizlik İdarəsinin müşahidəsi altında keçirilsə də, hamıda belə bir hiss vardı ki, biz vacib bir yeniliyin başlanğıcındayıq və köhnə siyasi klanlar bunu dayandıra bilməz. Biz Ukraynanın bütün regionlarında işə start vermişik”.
Ölkədə hakimiyyətin köklü dəyişikliklərinə başladıqlarını qeyd edən Saakaşvili tərəfdarlarını noyabrın 27-də Kiyevin mərkəzinə “açıq Rada”ya toplaşmağa dəvət edib.
Modern.az