Modern.az

Ölkəyə qanunsuz yolla mobil telefon gətirilməsinin qarşısı alınıb

Ölkəyə qanunsuz yolla mobil telefon gətirilməsinin qarşısı alınıb

Aktual

19 Noyabr 2016, 22:16

Ölkəyə qanunsuz siqaret və mobil telefon gətirilməsinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Sınıq Körpü gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama nəticəsində həmin şəxsin gömrük nəzarətinə bəyan etmədiyi 3 ədəd “Samsung Galaxy J1 Prime” markalı mobil telefon və üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan cəmi 980 ədəd “Marlboro” və “Parliament” markalı siqaretlər aşkar edilərək götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi