Modern.az

Roma Papası 17 yeni  kardinal təyin edib

Roma Papası 17 yeni  kardinal təyin edib

Dünya

19 Noyabr 2016, 23:11

Roma Papası Fransisik yeni 17 kardinal təyin edib. Modern.az saytı xəbər verir ki, “Report”un məlumatına görə,  onların 13-nün yaşı 80-dən az, 4-kü isə çoxdur. Bu isə onların növbəti Papa seçkisində iştirak edə bilməsi deməkdir.

Yeni kardinallar 5 qitənin 11 dövlətində Vatikanı təmsil edəcəklər.

Məlumatda bildirilib ki, Papa ABŞ-da üç yepiskopu kardinal təyin edib. Onlar Roma katolik kilsəsində islahat tərəfdarıdırlar.

Müşahidəçilərin fikrincə, yeni təyinatlar ABŞ-ın mühafizəkar kardinalları arasında tarazlığa şərait yaradacaq.

Kardinallar kollegiyası Papanın yanında məşvərətçi orqan olmaqla yanaşı, yeni Papanı seçir. Nəzəri cəhətdən istənilən kardinal Roma-katolik kilsəsinə başçılıq edə bilər.

 

Modern.az

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU