Modern.az

Hulusi Akardan erməni deputata sərt cavab: "Bu qədər tərbiyəsizlik,arsızlıq olmaz"

Hulusi Akardan erməni deputata sərt cavab: "Bu qədər tərbiyəsizlik,arsızlıq olmaz"

20 Noyabr 2016, 14:08

Dünən NATO Parlament Assambleyasının İstanbulda keçirilən 62-ci sessiyasında Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun çıxışından sonra sual-cavab hissəsində Ermənistan parlamentinin üzvü Koryun Nahapetyan Türkiyənin İŞİD-i dəstəkləməsi barədə ittiham səsləndirib.  Ancaq Çavuşoğlu Nahapetyanı faktlarla susdurub.

 

Modern.az xəbər verir ki, erməni deputat bununla yetinməyib. Daha sonra tədbirdə çıxış edən Türkiyənin Baş Qərərgah rəisi Hulusu Akarın çıxışından sonra da Türkiyəni terrorizmlə günahlandıracaq çıxışlar edib.

 

Napetyanın ittihamlarına cavab verən Hulusi Akar, “Siz çox tərbiyəsiz, əxlaqsızsınız. Sizin törətdiyiniz terror aktları, qətlə yetirdiyiniz günahsız insanlarla bağlı faklar bütün dünyaya bəllidir. Qarabağda törətdiyiniz soyqrımı nə tez unutdunuz? Utanmadan başqa dövlətləri də terrorizmdə ittiham edirsiniz. Bu qədər də tərbiyəsizlik, arsızlıq olmaz”  deyib.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi