Bir müddət əvvəl Türkiyə Böyük Millət Məclisindən ayrılma qərarı alan Xalqların Demokratik Partiyası (HDP) qərarına yenidən düzəliş edib.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, partiyanın İstanbul nümayəndəliyinin sədri Doğan Erbaş açıqlamasında “Sədrlərimiz və vəkillərimiz saxlanıldıqdan sonra parlamentdən çəkilmək qərarı aldıq. Ancaq gərgin toplantılardan sonra parlametdəki fəaliyyətlərimizdə daha faydalı iştirak üçün qərarımızı dəyişərək parlamentə geri dönürük” deyib.
Modern.az