Modern.az

Obama Putinlə qısa söhbət edib

Obama Putinlə qısa söhbət edib

Dünya

20 Noyabr 2016, 22:13

Rusiya prezidenti Vladimir Putin və ABŞ-ın dövlət başçısı Barak Obama Peruda keçirilən ATES-in sammitində qısa söhbət edib. Modern.az xarici mediaya istinadən bildirir ki, bu haqda jurnalistlərə Rusiya prezidentin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“İşgüzar iclas başlayana qədər bir-birilərini salamlayıblar  və lap qısa söhbət ediblər”, - Peskov bildirib.

Limadakı sammit Barak Obamanın ABŞ-ın prezidenti kimi iştirak etdiyi son böyük beynəlxalq tədbirdir.

Donald Tramp 2017-ci il yanvarın 20-də yeni seçilən prezident kimi fəaliyyətə başlayacaq.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU