Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi “Fərat qalxanı” adlı antiterror əməliyyatının 90-cı günü başa çatıb.
Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, bu gün baş tutan əməliyyat nəticəsində 3 hərbçi yaralanıb, 11 terrorçu məhv edilib.
Türkiyə Silahlı Qüvvələri terrorçu İŞİD-in 17, PYD-nin isə 4 hədəfini məhv edib.
Ağa AKİFOĞLU