Modern.az

 “Sarkisyanın mesajları­ onun şirin yuxusu olaraq qalacaq”

 “Sarkisyanın mesajları­ onun şirin yuxusu olaraq qalacaq”

21 Noyabr 2016, 13:53

“Azərbaycan öz ərazisi­ndə ikinci erməni­ dövlətinin yaranması­na imkan verməyəcək”.

 

Modern.az-ın xəbərinə görə, bunu jurnalistlərə­ açıqlamasında Milli Məclis sədrinin müavini Bahar ­Muradova deyib.

Vitse-spiker bildirib ki, Azərbaycan dövləti heç z­aman ərazisinin bir q­arışının da qoparılma­sına razı olmayacaq:

“Ona görə də, Sarkisyanın mesajları­ onun şirin yuxusu olaraq qalacaq. Dünya heç zaman Azərbaycanın razılığı ­olmadan onun bir qarış torpağının qoparılmasına razı olmayacaq. Azərbaycan mübarizəsini bu prinsiplər əsasında aparır və Ermənistan ilə danışıqlara da bu prinsiplər əsasında gedir.

 

Hesab edirəm ki, Sarkisyan belə bir açıqlama veribsə, o zaman açıq şəkildə danışıqlardan çıxdığını bəyan etməlidir. Çünki danışıqlar məhz ölkələrin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı çərçivəsində beynəlxalq hüquq prinsipləri əsasında həyata keçirilir. Ermənistanın bu bəyanatı danışıqlara ziddir”.

 

O xatırladıb ki, gələn ay xarici işlər nazirlərinin görüşünün keçirilməsi gözlənilir:

“Onlar prezidentlərin görüşünü təşkil etmək kimi vacib işlə məşğul olacaqlar. Belə açıqlamalarla Sarkisyan görüşdən imtina etdiyini bildirir”.

 

Ağa AKİFOĞLU

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi