Modern.az

Ərdoğanın baş müşaviri: “İlham Əliyevin Ankaraya verdiyi dəstəyi...”

Ərdoğanın baş müşaviri: “İlham Əliyevin Ankaraya verdiyi dəstəyi...”

21 Noyabr 2016, 14:04

Azərbaycan Prezidenti İlham Əliyevin Ankaraya verdiyi dəstəyi türk-islam dünyası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı göstərsə, bu işğal davam etməz.

 

Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə Bakıda səfərdə olan Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib.

O qeyd edib ki, Ankaranın bu məsələyə münasibətini digər ölkələr də göstərməlidir.

Baş müşavirin sözlərinə görə, türk-islam dünyası ölkələri güclənmələri üçün yollar axtarmalı, bir-birinə dəstək verməlidir.

Y.Topçu bildirib ki, bütün qardaş ölkələr Azərbaycan və Türkiyə arasındakı dostluq və həmrəylikdən nümunə götürməlidirlər.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi