Modern.az

“Saakaşvili Poroşenkonu şantaj edir”

“Saakaşvili Poroşenkonu şantaj edir”

Dünya

21 Noyabr 2016, 14:25

Mixail Saakaşvili Ukraynada siyasi hakimiyyət uğrunda mübarizə aparacaq yeni siyasi partiyanın – Yeni Qüvvələr Hərəkatının yaradıldığını elan edib.

 

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, ekspertlər yeni hərəkatın Radaya düşmək şanslarının yüksək olduğunu deyib.

“Saakaşvilinin reytinqinin 2 dəfə azalmasına baxmayaraq, partiyasının parlamentə daxil olması ehtimalı yüksəkdir. Əslində bu prezident Pyotr Poroşenkoya qarşı açıq çıxışdır”- deyə politoloq Ruslan Bortnik deyib.

 

Ekspertin fikrincə, Saakaşvili siyasi mübarizəyə qoşularaq Poroşenkoya qarşı çıxıb. “İndi Saakaşvili Poroşenkonu şantaj edir”.

 

Xatırladaq ki, Mixail Saakaşvili noyabrın 7-də Odessa vilayətinin qubernatoru postundan istefa verib. O, prezident Pyotr Poroşenkonu kriminal klanlara himayədarlıqda ittiham etmişdi və yeni siyasi hərəkat yaradacağını elan etmişdi.

 

Vüqar İSMAYILOV

 

 

 

 

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU