Xəbər verdiyimiz kimi, Dövlət Dəniz Administrasiyasına yeni mətbuat katibi təyin olunub. Bu vəzifəyə keçmiş telejurnalist Tural Museyibov gətilib.
Modern.az-ın məlumatına görə, Dövlət Dəniz Administrasiyasının bu təyinata qədərki mətbuat katibi Ərsalan Əliyev isə mətbuat katibi vəzifəsindən azad edilib.
Bununla belə, ona Dövlət Dəniz Administrasiyasında başqa vəzifə verilib. Belə ki, Ə.Əliyev Adminstrasiyada şöbə müdiri postuna təyinat alıb.
Xatırladaq ki, Ərsalan Əliyev uzun müddət AzTV-də çalışıb.
Namidə Bingöl