Modern.az

Uorlik həmsədrlikdən gedir

Uorlik həmsədrlikdən gedir

21 Noyabr 2016, 15:17

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik tutduğu vəzifədən gedir. Modern.az-ın xəbərinə görə, o özü bu barədə  “Twitter” səhifəsində məlumat verib.

 

Uorlik deyib ki, həmsədr kimi səlahiyyət müddəti bu il dekabrın 31-də başa çatır:

“Fəxr edirəm ki, Dövlət Departamentində 30 il xidmət etmişəm.”

 

Həmsədrin qeydinə görə, o, fəaliyyətini Rusiyanın “Yeqorov, Puqinski, Afanasyev və tərəfdarları” adlı tanınmış hüquq firmasında davam etdirəcək.

 

 

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi