Modern.az

Qərb Universitetindən tələbələr arasında maraqlı müsabiqə

Qərb Universitetindən tələbələr arasında maraqlı müsabiqə

21 Noyabr 2016, 14:26

Azərbaycanın ilk özəl ali təhsil ocaqlarından biri olan Qərb Universiteti təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində təşəbbüs irəli sürüb. Modern.az xəbər verir ki, Universitet elmə yaradıcı yanaşma bacarıqlarını müəyyən etmək və onlara düzgün istiqamət vermək baxımından  tələbələr arasında "IF I WERE…” adlı inşa müsabiqəsi elan edib.

 

Müsabiqə 2 turdan ibarətdir. I turda ingilis dilinin səviyyəsinin mükəməlliyi və inşanın məzmunu dəyərləndirilərək 5 ən yaxşı inşa seçilir. Yekun qalibi müəyyən etmək üçün II tur keçirilir.

 

Müsabiqənin şərtləri: inşa 3 səhifədən az olmamalıdır (Times New Roman, 14 şriftlə, 1,5 intervalla çap edilməli).

 

Müsabiqədə Qərb Universitetinin bütün tələbələri iştirak edə bilər.

 

Müsabiqənin məqsədi:

 

1. Tələbələrin yaradıcı düşüncələrini inkişaf etdirmək və ingilis dilinin öyrənilməsini stimullaşdırmaq.

 

2. Tələbələrin elmə yaradıcı yanaşma bacarıqlarını müəyyən etmək və onlara düzgün istiqamət verməkdən ibarətdir.

 

Beynəlxalq, respublika və universitet daxili müsabiqələrin qalibi olanlar müvafiq tədris ili üzrə aşağıdakı göstəricilərə əsasən təhsil haqqı ödənişindən azad olunurlar:

 

- I yerin qalibləri 20%;

- II yerin qalibləri 15%;

- III yerin qalibləri isə 10%.

 

Ətraflı məlumat üçün:

 

Ünvan: İstiqlaliyyət 27 - Qərb Universiteti İngilis dili filologiyası kafedrası (III mərtəbə)

Əlaqə: (012) 492 61 63

 

e-mail: [email protected]

 

Qeyd edək ki, müsabiqənin bitməsinə 10 gün qalıb.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi