Modern.az

İran, Rusiya və Azərbaycan prezidentləri görüşəcəklər

İran, Rusiya və Azərbaycan prezidentləri görüşəcəklər

21 Noyabr 2016, 16:15

İran, Rusiya və Azərbaycanın üçtərəfli əməkdaşlıq formatı genişləndirilə bilər. Modern.az xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin rəsmi nümayəndəsi Bəhram Qasımi deyib.

“Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşü 2017-ci ildə Tehranda baş tutacaq. Bu format üçtərəfli inkişafa xidmət edir. Hesab edirəm ki, bu format digər ölkə prezidentlərinin hesabına genişləndirilə bilər”.

 

Üçtərəfli sammitin ilk iclası bu il avqustun 8-də Bakıda keçirilmişdi.

 

Vüqar İSMAYILOV  

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi