Azərbaycandan İraqın Kərbəla şəhərinə ziyarət etmək üçün gedən qadınlardan biri dünyasını dəyişib. Modern.az saytı xəbər verir ki, "Report"un məlumatına görə, dünyasını dəyişən qadının 65 yaşlı Səyyarə adlı şəxsdir.
Hazırda Kərbəla ziyarətində olan Nisə Tağıyevanın sözlərinə görə, ölən şəxsin vəziyyəti qəflətən pisləşib. Hazırda onun nəşinin Azərbaycana gətirilməsi üçün İraqın müvafiq dövlət qurumları ilə danışıqlar aparılır.
Modern.az