Modern.az

Paytaxtda iki piyada keçidi istifadəyə veriləcək

Paytaxtda iki piyada keçidi istifadəyə veriləcək

Aktual

21 Noyabr 2016, 20:43

Yaxın zamanlarda paytaxtda iki piyada keçidi istifadəyə veriləcək. Modern.az saytı xəbər verir ki, "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə, keçidlərin hər ikisi yerüstü piyada keçididir.

Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin Trend-ə verdiyi məlumata görə, həmin yerüstü keçidlər Bakı-Quba-Rusiya dövlət sərhədi yolunun 4-cü kilometrliyində, digəri isə Bakı-Zabrat yolunda inşa edilir. Hazırda hər iki yerüstü piyada keçidində tamamlama işləri həyata keçirilir. Keçidlər gələn ay sakinlərin istifadəsinə veriləcək.

 

A.Nəcəfli deyib ki, Bakı-Quba-Rusiya dövlət sərhədi yolunun 4-cü kilometrliyində inşa edilmiş keçid tam hazır olmasa da, artıq piyadalar həmin keçiddən istifadə edə bilərlər.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi