Modern.az

Mafiya 6 nəfəri qətlə yetirdi - Foto

Mafiya 6 nəfəri qətlə yetirdi - Foto

Dünya

21 Noyabr 2016, 21:09

Meksikanın Qerrero ştatında səkkiz başı kəsilmiş insanın cəsədi tapılıb. Modern.az saytı xəbər verir ki, Publika.az-ın məlumatına görə, cəsədlər bazar ertəsi gecəsi böyük plastik paketlərdə Tikstla şəhərinin ətrafında yol kənarına atılıb. Öldürülənlərin üzərində işgəncə izləri var.

Cəsədlərin yanında narkomüraciət adlanan qeyd qoyulub. Bu, cinayətdə narkomafiyanın iştirakını göstərir.

Qeyd edək ki, Qerrero ştatı Meksikada cinayət nöqteyi-nəzərindən ən təhlükəli bölgələrdən biridir. Ştatda ABŞ-a narkotiklərin tranzitinə nəzarət uğrunda cinayətkar qruplaşmaların müharibəsi gedir.

 

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU