Modern.az

  Ukraynada yenidən etiraz aksiyaları başlayır

   Ukraynada yenidən etiraz aksiyaları başlayır

Dünya

21 Noyabr 2016, 22:38

Ukraynada yenidən etiraz aksiyaları başlayıb. Modern.az saytı Ukrayna mediasına istinadən  xəbər verir ki, bu gün Kiyevin Müstəqillik meydanında nümayişçilərlə polis arasında qarşıdurma baş verib. Polis nümayişdə 400 nəfərin iştirak etdiyini bildirib.  Məlumata görə, insidentə səbəb bir qrup nümayişçinin meydana təkərlər gətirərək yandırması olub. Hadisə nəticəsində saxlanılanlar var.

 

Qeyd edək ki, bu gün Ukraynada 2013-cü ildə “Maydan” hərəkatının başladığı günlə əlaqədar «Şərəf və Azadlıq Günü» qeyd olunur.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU