Modern.az

Hindistan-Pakistan sərhədində yenidən atışma

Hindistan-Pakistan sərhədində yenidən atışma

Dünya

22 Noyabr 2016, 00:09

Hindistan-Pakistan sərhədində yenidən atışma olub. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, baş verən atışma nəticəsində 6 hindistanlı hərbçi həlak olub. İnsident nəticəsində  4 pakistanlı mülki şəxs də həyatını itirib.

Məlumatına görə, insidentlə əlaqədar rəsmi Dehli hələ ki, hər hansı şərh verməyib. Bundan əvvəl “Hindustan Times” qəzeti noyabrın 20-ə keçən gecə Kəşmir ştatındakı nəzarət zolağında baş vermiş atışma nəticəsində 1 hərbçinin öldüyü, 3 nəfərin isə yaralandığını bildirmişdi.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU