Modern.az

“Ukrayna Təhlükəsizlik Xidməti Krımda iki hərbçini oğurlayıb” - İDDİA

“Ukrayna Təhlükəsizlik Xidməti Krımda iki hərbçini oğurlayıb” - İDDİA

Aktual

22 Noyabr 2016, 00:31

Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları iki rusiyalı əsgəri saxlayaraq ölkədən çıxarıblar.  Modern.az saytı xəbər verir ki, APA-nın xəbərinə görə, bu  barədə Rusiya Müdafiə nazirliyinin yaydığı açıqlamada bildirilir.

 

“Noyabrın 20-də Krımda Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən iki rusiyalı hərbi qulluqçu - gizir Maksim Odintsov və çavuş Aleksandr Baranov qeyri-qanuni olaraq saxlanılıb və Ukraynanın Nikolayevsk vilayətinə aparılıblar”,  məlumatda deyilir.

 

Məlumatda həmçinin qeyd olunur ki, xüsusi xidmət orqanları hərbçilərə qarşı uydurma cinayət işi açmaq niyyətindədirlər.

 

“112 Ukrayna” telekanalının xəbərinə görə, Ukrayna Təhlükəsizlik Xidməti saxlanılan hərbçilərin Krımın ilhaqından sonra Ukrayna ordusundan fərarilik edərək Rusiya tərəfinə keçdiklərini bildirib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi