Xəbər verdiyimiz kimi, noyabrın 20-də “Günəşli” yatağındakı 7 saylı dərin dəniz özülündə 28 tonluq kranın qəzaya uğraması nəticəsində “Abşeron” Qazma Şirkətinin krançısı 1991-ci il təvəllüdlü Məmmədov Elşən Səxavət oğlu baş nahiyəsindən xəsarət alaraq dünyasını dəyişib.
Modern.az saytına məlum olub ki, hadisə zamanı həlak olan Elşən Məmmədov məcburi köçkündür. Cəbrayıl rayonunun Papı kəndindən olan mərhum Sumqayıt şəhəriində yaşayırdı.
Elşən Məmmədov dünən Sumqyıtda torpağa tapşırılıb. Onun iki aylıq övladı atasız qalıb.
Modern.az