“Türkiyə hərbi gəmiləri bir daha Krıma girməyəcək”.
Modern.az-ın Türkiyə KİV-ə istinadən verdiyi xəbərə görə, bu sözləri prezident Rəcəb Tayyib Ərdoğan Ukrayna Ali Radasının sədri Andrey Parubiy ilə görüşü zamanı deyib.
İkitərəfli görüş zamanı Türkiyə gəmilərinin qeyri-rəsmi şəkildə Sevastopol limanlarına daxil olması məsələsi də müzakirə olunub.
Ərdoğan söyləyib ki, bu günə qədər Türkiyə gəmiləri Sevastopol limanlarına qeyri-rəsmi daxil olublarsa, gələcəkdə bu, heç bir halda baş verməyəcək.
A.Parubiy bildirib ki, Ərdoğan Krım tatarlarına maddi və mənəvi dəstəyini ifadə edir.
Ağa AKİFOĞLU