Modern.az

Trampın və ailəsinin mühafizəsinə hər gün 1 milyon dollar xərclənir

Trampın və ailəsinin mühafizəsinə hər gün 1 milyon dollar xərclənir

Dünya

22 Noyabr 2016, 17:34

ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın və onun ailəsinin gündəlik mühafizəsi amerikalılara 1 milyon dollara başa gəlir.

Modern.az bildirir ki, CNN Nyu-York meriyasındakı mənbəyə istinadən belə xəbər yayıb.

Bu məbləğə həm ABŞ-ın 45-ci prezidentinin özünün, eləcə də onun arvadı, uşaqları və çoxsaylı nəvələrinin mühafizəsinin xidmət haqqı daxildir.

“Bu vacib işdir, o, kifayət qədər vəsait tələb edir”, - Nyu-Yorkun meri Bill De Blazio bildirib.

Onun sözlərinə görə, yaxın zamanda bununla bağlı federal hökumətlə danışıqlara başlanılacaq.


Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU