Modern.az

Veteranlar Birliyi sədrinin vəziyyəti ağırlaşıb

Veteranlar Birliyi sədrinin vəziyyəti ağırlaşıb

Aktual

23 Noyabr 2016, 11:22

Vətən Müharibəsi Veteranları Birliyinin sədri Fizuli Rzaquliyevin beyninə qan sızıb.

 

Bu barədə Modern.az-a açıqlamasında Fizuli Rzaquliyevin qardaşı Xaqani Rzaquliyev məlumat verib.

 

O bildirib ki, qardaşının əsəbdən təzyiqi 220-yə qalxıb və beyin qansızması baş verib:

 

“Əsəbdən beyninə qan sızıb. Evdədir, hələ tərpətməmişik. Əsəbləşib və təzyiqi 220 olub, sonra beyninə qansızma verib.

 

Ya sabah ya da birisi gün xəstəxanaya aparacağıq. Anlaqlı vəziyyətdədir. Həkimlər tərpətməməyi və danışdırmamağı məsləhət görüblər. Təzyiqini endirə bilmədik və qansızma baş verdi”.

 

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi