Modern.az

Cavanşir Feyziyev fəxri səfirlərin toplantısında iştirak edəcək

Cavanşir Feyziyev fəxri səfirlərin toplantısında iştirak edəcək

Aktual

23 Noyabr 2016, 11:41

Milli Məclisin deputatı Cavanşir Feyziyev fəxri səfirlərin illik toplantısında iştirak etmək üçün Fransanın Kolmar şəhərinə səfər edəcək. Bu barədə Modern.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.

Deputat eyni zamanda Kolmarda Yeni il mədəniyyət yarmarkasının açılışında da iştirak edəcək. Səfər noyabrın 24-dən 26-dək baş tutacaq.

Xatırladaq ki, Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə 2015-ci ildə Fransanın Kolmar şəhəri ilə Azərbaycanın Şəki şəhəri arasında qardaşlaşma protokolu imzalanıb, Şəki şəhərindən seçilmiş deputat Cavanşir Feyziyev Kolmar meriyası tərəfindən Kolmar vilayətinin Azərbaycanda Fəxri səfiri təyin olunub.

Kolmarla Şəki arasında bağlanmış Protokol hər iki ölkədə regionlararası humanitar əlaqələrin genişləndirilməsini və mədəni, ictimai, iqtisadi mübadilə tədbirlərinin həyata keçirilməsini nəzərdə tutur. Artıq bir ildən çoxdur ki, Kolmar şəhərindən gələn müəllimlər Şəki şəhərinin orta məktəblərində və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında fransız dilini tədris edirlər. Hər ilin sonunda Kolmar şəhərində keçirilən Yeni il mədəniyyət yarmarkasında isə Azərbaycan mədəniyyət nümunələrinin təbliği məqsədilə Şəki sənətkarlarının da əl işləri nümayiş olunur.

Cavanşir Feyziyevin Kolmara səfəri çərçivəsində Alsaz regionunun senatoru Andre Reyxard və Kolmar meri Jilber Meyer ilə rəsmi görüşləri də nəzərdə tutulub.


Ağa AKİFOĞLU

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi