Bu ilin 9 ayında Azərbaycanda icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 260 şəxs barəsində cinayət işi başlanılıb.
Modern.az-ın xəbərinə görə, bu barədə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov məlumat verib. Nazir bildirib ki, son 9 ay ərzində icra sənədlərini qərəzlə icra etməyən 3702 nəfər inzibati məsuliyyətə cəlb olunub:
“İcra sənədlərini qərəzli icra etməyən, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 3.702 nəfər inzibati məsuliyyətə cəlb olunub, o cümlədən 2.441 şəxs məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub”.
Ağa AKİFOĞLU