Türkiyə Hərbi Hava Qüvvələri "Fərat qalxanı" əməliyyatları çərçivəsində İŞİD- ə zərbələr endirib. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, bu dəfə terror qruplaşmasının Suriyanın Əl-Bab şəhərindəki mövqeləri bombalanıb.
Türkiyə Baş Qərargahının məlumatına görə, Türkiyəyə məxsus qırıcılar İŞİD-in kəşfiyyat əsasında müəyyənləşdirdikləri 8 obyektinə avia zərbələr endirib.
Qeyd edək ki, "Fərat qalxanı" əməliyyatı avqustun 24-dən bəri davam edir.
Modern.az