UEFA Çempionlar Liqasında qrup mərhələsinin V turunun oyunları davam edir. Modern.az saytı xəbər verir ki, bu gün Türkiyənin "Beşiktaş" komandası doğma meydanda "Benfika"nı qəbul edib. Oyunun ilk hissəsində portuqaliyalılar meydan sahiblərinin qapısından 3 cavabsız top keçiriblər.
İkinci hissədə isə meydan sahibləri hər 3 qolun cavabını veriblər. Oyunun 58, 83 və 89-cu dəqiqəsində rəqib qapısına yol tapan "Beşiktaş" tarazlığı bərpa edib. Beləliklə, "Beşiktaş" yaşıl meydandan 1 xalla ayrılıb.
Qeyd edək ki, B qrupunda 5 oyundan 8 xallı "Benfika" 1-ci, 7 xallı "Beşiktaş" 2-ci sıradadır. 4 oyundan 7 xallı "Napoli" isə hələlik 3-cüdür.
Modern.az