Modern.az

Mətbuat xidməti rəhbərinin qardaşının ölüm səbəbi

Mətbuat xidməti rəhbərinin qardaşının ölüm səbəbi

23 Noyabr 2016, 23:57

ARDNŞ-in mətbuat xidməti rəhbərinin enerji blokundan yıxılaraq dünyasını dəyişmiş qardaşı Vidadi Quliyevin ölümünün səbəbi məlum olub. Modern.az saytı xəbər verir ki, Virtualaz.org-un məlumatına görə, Vidadi Quliyev Şirvan Elektrik Stansiyasında növbə rəisi işləyirmiş, ali təhsilli mühəndisdir, Qarabağ müharibəsi iştirakçısıdır.

 

Hadisə stansiyanın 5-ci blokunun işə salınmasına hazırlıq mərhələsində baş verib. Prosesdə iştirak edən növbə rəisi Vidadi Quliyevin ayağı sürüşərək pilləkənlərdən yıxılıb.

 

Xatırladaq ki, bu gün günorta saatlarında Şirvan Elektrik Stansiyasının 52 yaşlı əməkdaşı Quliyev Vidadi Mustafa oğlu hündürlükdə, enerji blokunda işləyərkən yıxılaraq hadisə yerindəcə dünyasını dünyasını dəyişib.

 

Qeyd edək ki, iş başında dünyasını dəyişmiş Vidadi Quliyev ARDNŞ-in Mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyevin qardaşıdır. Hadisə ilə bağlı hüquq mühafizə orqanlarında araşdırmalara başlanılıb.

Allah rəhmət eləsin.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi