Modern.az

İcma, ailə, bələdiyyə bağçaları yaradılacaq

İcma, ailə, bələdiyyə bağçaları yaradılacaq

24 Noyabr 2016, 10:49

Azərbaycanda yeni tipli bağçalar adlanan - icma, ailə, bələdiyyə bağçaları yaradılacaq.

Modern.az-ın xəbərinə görə, bu öz əksini “Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası”nin layihəsində tapıb.

 

Layihənin “4.5.3. Təhsilin inkişafının prioritetləri” adlı fəslində göstərilir ki, məktəbəqədər təhsilin əhalinin bütün təbəqələri üçün əlçatan olması məqsədilə müxtəlif formaların, o cümlədən qısamüddətli, ailə tipli (icma əsaslı) təhsil xidmətləri yaradılacaq.

Ölkədə mülkiyyət formasına görə bələdiyyə, icma, özəl, ailə bağçaları tipli məktəbəqədər təhsil müəssisələri yaradılacaq.

“Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası” artıq Milli Məclisə təqdim olunub  və parlamentin qarşıdan gələn plenar iclasında müzakirə olunacaq.

 

Ağa AKİFOĞLU

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi