Modern.az

Qobustanda dəhşətli qəza: 3 ölü

Qobustanda dəhşətli qəza: 3 ölü

24 Noyabr 2016, 10:56

Baki-Ələt magistral avtomobil yolunda ağır yol qəzası olub.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Baki-Ələt magistral avtomobil yolunun 48-ci kilometrliyində, Qaradağ rayonu Qobustan qəsəbəsidə “Opel” markalı minik avtomobilinin dayanmış vəziyyətdə olan “Shacman” markalı yük avtomobilinə çırpılması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

 

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq, minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 3 nəfərin cəsədini (kişi, qadın və uşaq) çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 06:43-də başa çatıb.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi