Modern.az

Azərbaycanda 77 yaşlı qadın yanaraq öldü

Azərbaycanda 77 yaşlı qadın yanaraq öldü

24 Noyabr 2016, 11:16

Azərbaycanda 77 yaşlı qadın yanaraq ölüb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, yanğın hadisəsi Bərdə şəhərində vətəndaşa məxsus ümumi sahəi 240 m² olan ikimərtəbəli 8 otaqlı evdə qeydə alınıb.

 

Evin dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə, 6 otağın yanar konstruksiyaları və ev əşyaları 192 m² sahədə yanıb.Yanğının kəşfiyyatı zamanı 1939-cu il təvəllüdlü Şadlinskaya Sülhiyyə Bilman qızının cəsədi aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur.Yanğın saat 06:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi