Modern.az

Nazarbayev övladlarını varisi etməyəcək

Nazarbayev övladlarını varisi etməyəcək

24 Noyabr 2016, 13:15

Qazaxıstan prezidenti Nursultan Nazarbayev övladlarından heç birini varisi etmək üçün hazırlaşmadığını bəyan edib.

 

Modern.az xəbər verir ki, o bunu “Bloomberg” agentliyinə müsahibəsinə deyib.

“Mən övladlarımın varisliyi məsələsini fikirləşmirəm. Düşünürəm ki, bu, bizim üçün deyil. Bizdə hakimiyyətin başqasına keçməsi məsələsi Konstitusiyada yazılıb”, - Nazarbayev vurğulayıb.

 

Prezident onu da qeyd edib ki, özünü tamamilə güclü və enerjili hesab edir və 2020-ci ilə qədər işləməyə hazırlaşır.

“Sizinlə 2020-ci ildə görüşərik”, - Nazarbayev jurnalistlərə deyib.

 

Modern.az

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi