Modern.az

Bir ailənin 3 üzvünün ölümünə səbəb olan sürücüyə iş kəsildi

Bir ailənin 3 üzvünün ölümünə səbəb olan sürücüyə iş kəsildi

24 Noyabr 2016, 13:24

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Orxan Heydərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Modern.az-ın məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə O.Heydərov 9 il azadlıqdan məhrum edilib.


İttihama görə, Xətai rayonunun Nobel prospektində bu il iyulun 15-də Bakı şəhər sakini O.Heydərov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən paytaxt sakinləri Sənubər Qarayevanı, onun azyaşlı oğlu Mehini və azyaşlı qızı Mələyi vurub. Ana və iki övladı hadisə yerində ölüblər. O.Heydərov Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən saxlanılıb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi