Modern.az

Erməni biznesmen Moskvada güllələndi

Erməni biznesmen Moskvada güllələndi

24 Noyabr 2016, 14:17

Noyabrın 24-də gecə Moskvanın Yasenovo rayonunda Ermənistan vətəndaşı öldürülüb.

 

Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, güllələnən Qevorq Qevorqyan Moskva regionunda tikinti biznesi ilə məşğul olub.

 

Məlumatda qeyd edilir ki, Qevorqyanın meyiti ona məxsus “BMW” avtomobilində tapılıb. Ermənistanda anadan olan Qevorqun artıq Rusiya vətəndaşlığı aldığı da bildirilir.

 

Qətlin sifariş xarakterli olduğu istisna olunmur.

 

Qevorqyan Kalaşnikov avtomatı ilə güllələnib, silah isə hadisə yerinə atılıb.

 

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi