Modern.az

Azərbaycanın əhalisi hər il 1,1 faiz artacaq

Azərbaycanın əhalisi hər il 1,1 faiz artacaq

24 Noyabr 2016, 14:18

Azərbaycanda 2017-2020-ci illər ərzində ölkə əhalisinin hər il orta hesabla 1,1 faiz artacağı gözlənilir.

 

Modern.az-ın xəbərinə görə, bu öz əksini “Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası”nın layihəsində tapıb.

 

Layihənin “4.5.6. Əhali sakinliyi və demoqrafiya siyasətinin prioritetləri” adlı fəslində göstərilir ki, konsepsiyanın əhatə etdiyi dövrdə ölkə əhalisinin hər il orta hesabla 1,1 faiz artacağı gözlənilir.

 

Demoqrafik vəziyyətin yaxşılaşdırılması, əhalinin orta ömür yaşının artırılması və digər demoqrafik məsələlərin tənzimlənməsi məqsədilə demoqrafiya və əhali sakinliyinin inkişafı qarşıda duran əsas məqsədlərdir. Bu sahədə siyasətin prioritetləri aşağıdakılar olacaqdır.

 

Layihəyə görə, əhalinin ölüm səviyyəsinin ardıcıl sürətdə azaldılması yolu ilə cinslər və yaşlar üzrə ömür müddətinin uzadılması da nəzərdə tutulub.

 

“Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası” artıq Milli Məclisə təqdim olunub  və parlamentin qarşıdan gələn plenar iclasında müzakirə olunacaq.

 

Ağa Akifoğlu 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi