Modern.az

Millimiz dünya reytinqində gerilədi

Millimiz dünya reytinqində gerilədi

24 Noyabr 2016, 14:28

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Modern.az xəbər verir ki, yeni reytinq cədvəli qurumun saytında yerləşdirilib. Azərbaycan ötən ayla müqayisədə 2 pillə geriləyib və hazırda 386 xalla 90-cı pillədə qərarlaşıb.

DÇ-2018-in seçmə mərhələsində səfərdə Şimali irlandiyaya uduzması (0:4) millimizin geriləməsinə səbəb olub.

Yığmamızın rəqiblərindən  Almaniya 3-cü (-1), Şimali İrlandiya 23-cü (+10), Çexiya 43-cü (-3), Norveç 84-cü (-3), San Marino 202-ci (-1) pillədə yer alıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi