Azərbaycanda dövlət orqanlarının internet resurslarının qorunması, dövlət qurumlarının saytlarına kiber hücumların qarşısının alınması və milli, dövlət təhlükəsizliyi məqsədi ilə Milli Super Kompüter Mərkəzi yaradılacaq.
Modern.az-ın xəbərinə görə, bu öz əksini “Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası” layihəsində tapıb.
Layihənin “4.3.5.2. İnformasiya-kommunikasiya texnologiyalarının inkişaf prioritetləri” adlanan fəslində göstərilir ki, “Elektron hökumət”də dövlət qurumları, dövlət-vətəndaş, dövlət-biznes əlaqələrinin operativliyinin təmin edilməsi, informasiya sistemlərinin səmərəli istifadəsi üçün Milli Super Kompüter Mərkəzinin yaradılacaq.
Sənəddə qeyd olunur ki, dövlət orqanlarının inzibati prosedurlarının optimallaşdırılması və onların informasiya sistemləri və resurslarına inteqrasiyası və vahid təhlükəsiz şəbəkə infrastrukturunun təşkili; - yüksəksürətli simsiz internet şəbəkəsinin yaradılması, 4G xidmətlərinin (LTE) genişləndirilməsi, elektron xidmətlərinə operativ çıxışı təmin olunaraq, geniş ictimai internet məntəqələri infrastrukturunun yaradılması həyata keçiriləcək.
Layihə artıq Milli Məclisə təqdim olunub və parlamentin qarşıdan gələn plenar iclasında müzakirə olunacaq.
Ağa AKİFOĞLU