“Son dövrlər iqtisadi böhranın baş verdiyi bir şəraitdə də Azərbaycan iqtisadiyyatını inkişaf etdirə bilib.
Bu gün Azərbaycan dünyada uğurlu inkişaf yolu ilə gedən ölkə kimi tanınır”.
Modern.az-ın xəbərinə görə, bu sözləri Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov "Türkdilli Ölkələrin Parlament Assambleyasına üzv ölkələr son 25 ildə" adlı konfransda çıxışı zamanı deyib.
O bildirib ki, bu gün Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilib:
“Hazırda Azərbaycanda vətəndaş və insan haqlarının qorunması istiqamətində mühüm addımlar atılır.
Azərbaycan xalqı çətin sınaqlarla üzləşməklə yanaşı, parçalanmaq təhlükəsini yaşadı. Ölkəmizin müstəqilliyi ulu öndərin hakimiyyətə qayıdışı ilə qorunub saxlanıldı”.
Ağa AKİFOĞLU