Modern.az

“Avropa Parlamentinin qərarının bizim üçün heç bir anlamı yoxdur”

 “Avropa Parlamentinin qərarının bizim üçün heç bir anlamı yoxdur”

24 Noyabr 2016, 18:56

Avropa Parlamentinin (AP) verdiyi qərarın bizim üçün heç bir anlamı yoxdur.

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş nazir Binali Yıldırım AP-nin Türkiyənin Avropa İttifaqına (Aİ) daxil olması üzrə danışıqların dondurulması haqqında qərarına münasibət bildirərkən belə deyib.

B.Yıldırım bildirib ki, Aİ ilə Türkiyənin münasibətləri onsuz da normal deyildi: "Aİ bunu aydınlaşdırmalıdır ki, Avropa gələcəyə Türkiyə ilə bərabər gedir, yoxsa Türkiyəsiz. Bizə demokratiya dərsi vermək istəyənlərin gerçək üzünü bütün dünya ibrətlə izləyir".

Qeyd edək ki, AP-nin Türkiyə ilə Aİ arasında 3 oktyabr 2005-ci ildən başlayan üzvlük müzakirələrinin müvəqqəti olaraq dondurulması haqqında qərarına 37 parlamentari əleyhinə, 479-su lehinə səs verib. 107 parlamentari isə bitərəf qalıb.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI