Modern.az

“Qəbələ” Bakıda da məğlub olub

“Qəbələ” Bakıda da məğlub olub

24 Noyabr 2016, 22:04

Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin V turunun oyunları keçirilib. Modern.az saytı xəbər verir ki, “Qəbələ” komandası doğma meydanda Belçikanın “Anderlext” komandasını qəbul edib. "Bakcell Arena"da keçirilən matçda ilk qolu Belçika təmsilçisi vurub.  “Anderlext”in oyunçusu Tilemans 11-ci dəqiqədə hesabı açıb. 15-ci dəqiqədə rəqib komandanın oyunçusunun Asif Məmmədova qarşı kobudluğunu hakim  penalti kimi dəyərləndirib. Topun arxasına keçən Rikardinyo hesaba trazlıq gətirib. “Qəbələ” daha bir penaltini 74-cü dəqiqədə qazanıb. Bu dəfə də penaltini dəqiq yerinə yetirən Rikardinyo qol vurur. Amma hakim bunu saymadığından o, yenidən penaltini vurur. Lakin uğurlu nəticə əldə etmir.

Bundan sonra qonaqlar təzyiqi daha da  artırır. Oyunun 90-cı dəqiqəsində rəqib futbolçu Massimo Bruno "Qəbələ"in qapısından ikinci topu keçirib. Artırma dəqiqələrində meydan sahibləri qapısında daha bir qol görüb. Bundan sonra qapılara qol vurulmayıb və oyun "Anderlext"in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticə ilə aktivində xal olmayan "Qəbələ" qrup sonuncusudur.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI