Şabran rayonu ərazisində ölümlə nəticələnən yol qəzası qeydə alınıb. Modern.az saytı xəbər verir ki, APA-nın verdiyi məlumata görə, 1995-ci il təvəllüdlü Məmmədov Murad Elxan oğlu idarə etdiyi "Priora" markalı avtomaşınla piyada, 1960-cı il təvəllüdlü Sirətova Rübabə Balakişi qızını vurub. Sürücü hadisədən sonra xəsarət alan şəxsi xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Modern.az