Modern.az

TBMM-də Rusiya ilə  Dostluq Qrupu yaradılıb

TBMM-də Rusiya ilə  Dostluq Qrupu yaradılıb

Dünya

24 Noyabr 2016, 23:01

Türkiyə Böyük Millət Məclisində Rusiya ilə parlamentlərarası Dostluq Qrupu yaradılıb. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, hakim Ədalət və İnkişaf partiyasından deputat Rəcai Bərbər parlamentlərarası qrupun türkiyəli həmsədri təyin edilib.

 

“Parlamentlərarası əlaqələr iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsində mühüm rol oynayır. Biz rusiyalı həmkarlarımıza Türkiyə tərəfinin arzu və diləklərini çatdıra biləcəyik. Eyni şeyi onların da etmək imkanı olacaq”, - deyə deputat bildirib.

 

Onun sözlərinə görə, parlamentlərarası dostluq qrupu çərçivəsində qarşılıqlı səfərlər planlaşdırılıb.  

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU