Modern.az

52 illik müharibəyə son qoyulur

52 illik müharibəyə son qoyulur

Dünya

24 Noyabr 2016, 23:15

Kolumbiya hakimiyyəti ilə Kolumbiya İnqilabçı Silahlı Qüvvələr (FARC) arasında yeni bir razılaşmaya imza atılıb. Modern.az saytı xəbər verir ki, Publika.az-ın məlumatına görə, Kolumbiya prezidenti Juan Manuel Santos və FARC-ın lideri Rodrigo Londononun paytaxt Boqotada imzaladığı yeni razılaşmada təxminən 60 dəyişiklik edilib.

Qeyd edək ki, hökumət ilə FARC arasında oktyabrın 2-də imzalanan ilk razılaşma referendumdan keçməmişdi. Kolumbiya hakimiyyəti ilə FARC arasında 52 ildən sonra imzalanan sülh sazişinə xalqın 50,24 faizi “xeyr” demişdi.

Qeyd edək ki, FARC 1964-cü ildən Kolumbiya hökuməti ilə silahlı mübarizə aparırdı. 250 min insan bu münaqişənin qurbanı olub, 6 milyon insan öz evindən didərgin düşüb. Kolumbiya hökuməti ilə FARC arasında barışığa dair danışıqlar 2012-ci ilin noyabrında Havanada başlayıb.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU