Salvador sahillərində 7,2 bal gücündə zəlzələ olub. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ Geoloji Xidməti yayıb. Məlumata görə, yeraltı təkanların episentri Puerta-el-Triunfo şəhərindən 153 km aralıda, 33 km dərinlikdə qeydə alınıb.
Qeyd edək ki, yaltı təkanlar Nikaraqua və Kosta-Rikada da hiss edilib.
Modern.az