Modern.az

“Bütün diqqətimizi son görüşə yönəldəcəyik” - Qurban Qurbanov

“Bütün diqqətimizi son görüşə yönəldəcəyik” - Qurban Qurbanov

25 Noyabr 2016, 00:56

"Oyun haqda çox şey danışmaq olar. Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar”. Modern.az saytı xəbər verir ki, "Report"un məlumatına görə, bunu Avropa Liqasının qrup mərhələsinin V turunda səfərdə "Slovan"a 0:3 hesabıyla məğlub olan "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirdiyi mətbuat konfransında bildirib.

"Demək olar ki, heç nə alınmadı. İlk hissədə bir neçə qol vəziyyətimiz oldu, istifadə etməli idik. İkinci hissədə tam fərqli oyun oldu. Son vaxtlar bu qədər uduzduğumuz epizod olmamışdı. Oyuna yenidən baxıb təhlil edəcəyik. Bütün diqqətimizi son görüşə yönəldəcəyik”.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi