Modern.az

Azərbaycan meşə yanğınlarına görə İsrailə kömək göndərir

Azərbaycan meşə yanğınlarına görə İsrailə kömək göndərir

25 Noyabr 2016, 10:18

Azərbaycanın Fövqəladə Hallar Nazirliyi (FHN) İsraildəki meşə yanğınları ilə bağlı kömək etməyə hazırlaşır.

FHN-nin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramovun Modern.az-a verdiyi məlumata görə, təyyarə yaxın saatlarda İsrailə uçacaq:

“İsraildəki meşə yanğınlarını söndürmək üçün bizə də müraciət olunub.  Prezidentin tapşırığı ilə İsrailə kömək üçün hazırlanan B-200 amfibiya təyyarəsi yaxın saatlarda uçacaq”.

 

İsraildə bir neçə rayonunda baş verən meşə yanğınları ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan olunub.

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI