Modern.az

9 illik bazada buraxılış imtahanının modeli AÇIQLANDI

 9 illik bazada buraxılış imtahanının modeli AÇIQLANDI

25 Noyabr 2016, 12:54

Abituriyent jurnalının xüsusi buraxılışında ümumi orta təhsil (9 illik) bazasında yeni təhsil proqramları (kurikulumları) üzrə buraxılış imtahanının modeli ilə tanış olmaq olar.

Dövlət İmtahan Mərkəzindən Modern.az-a verilən məlumata görə, modelə əsasən, buraxılış imtahanının iki mərhələdə keçirilməsi nəzərdə tutulur.

 

Birinci mərhələdə şagirdlərin oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə açıq və qapalı tipli test tapşırıqlarından, yazı işlərindən, riyazi bacarıqları yoxlamaq məqsədilə isə açıq tipli tapşırıqlardan istifadə edilməsi planlaşdırılır. İkinci mərhələdə hər bir fənn üzrə qapalı tipli test tapşırıqlarından istifadə edilməsi nəzərdə tutulur.

Jurnalda, həmçinin V-IX siniflər üzrə bilik və bacarıqlar yoxlanılacaq alt standartlar, buraxılış imtahanı proqramları, yeni test tapşırığı nümunələri, tapşırıqlar üzrə qiymətləndirmə meyarları, cavab vərəqi nümunələri öz əksini tapıb. Jurnaldakı materiallar müəllimlərə buraxılış imtahanı ilə bağlı işlərini düzgün qurmağa, şagirdlərə isə imtahana səmərəli hazırlaşmağa yardımçı olacaq.

 

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI